İrəvanda insan alveri: direktor 30 uşaq satıb…

İrəvanda insan alveri: direktor 30 uşaq satıb…

Uşaqların qeyri-qanuni yolla əcnəbilərə övladlığa verilməsi cinayəti üzrə Ermənistanın ən böyük doğum mərkəzlərindən birinin rəhbəri Razmik Abramyana qarşı ittiham irəli sürülüb.

Bu barədə Ermənistan Xüsusi İstintaq Xidməti məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Respublika Reproduktiv sağlamlıq, perinatal, mamalıq və ginekologiya mərkəzinin direktoru Razmik Abramyan, direktor müavini Arşak Cerceryan və İrəvan uşaq evinin rəhbəri Liana Karapetyanın saxlanılıb. Təqsirləndirilən şəxsləri 8 ilə qədər həbs cəzası gözləyir.

Qeyd edək ki, noyabr ayında Dövlət Təhlükəsizlik Xidməti Ermənistanda 30-dan çox uşağın İtaliya vətəndaşları tərəfindən qeyri-qanuni yolla övladlığa götürülməsi faktını aşkar edib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31