Qazaxıstanda ölüm hökmü ləğv edilir
Qazaxıstanda ölüm hökmü ləğv edilir
20 Dekabr 2019 15:19 DünyaQazaxıstanda tezliklə ölüm hökmü tam ləğv ediləcək.
Bunu Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev deyib.
Tokayev ölkəsinin bunun üçün Mülki və Siyasi Haqlar haqqında Beynəlxalq Pakta qoşulacağını bildirib:
"Bizim hüquq müdafiəçilərimizin aktiv şəkildə qaldırdığı məsələlərin həlli zamanı çatıb. Daxili İşlər Nazirliyinə Mülki və Siyasi Haqlar haqqında Beynəlxalq Pakta qoşulmaq prosedurunun başladılmasına tapşırıq verirəm".
Qeyd edək ki, 2003-cü ildən bu yana Qazaxıstanda ölüm hökmünə moratorium tətbiq olunub.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31