İngiltərə Bankının yeni rəhbəri təyin edildi – “Brexit”i gözləyir

İngiltərə Bankının yeni rəhbəri təyin edildi – “Brexit”i gözləyir

Endryu Beyli, İngiltərə Bankının yeni rəhbəri vəzifəsinə təyin edilib.

Olaylar.az bildirir ki, bu barədə  "Financial Times" açıqlama verib.

2013-cü ildən 2016-cı ilə qədər İngiltərə Mərkəzi Bankının rəhbər müavini vəzifəsini icra edən 60 yaşlı Beyli, ölkənin kanadalı Mark Karnini əvəz edəcək.

Nəşrin məlumatına görə, rəsmi olaraq Beylinin təyinatı dekabrın 21-də elan edilməlidir. O, Avropa və dünyanın ən qədim mərkəzi banklarından biri olan İngiltərə Bankının 325 illik tarixində 121-ci rəhbəri olacaq. 

Endryu Beyli İngiltərə Bankının rəhbəri vəzifələrinin icrasına Brexit məsələsi öz həllini tapandan başlayacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31