Bu il milyarder adını qazanan şəxslərin reytinqi açıqlanıb

Bu il milyarder adını qazanan şəxslərin reytinqi açıqlanıb

"Forbes" jurnalı 2019-cu ildə milyarder adını qazanan şəxslərin reytinqini tərtib edib.

Olaylar.az bildirir ki, siyahıya "Amazon" şirkətinin təsisçisi Ceff Bezosun keçmiş xanımı Makkenzi Bezos rəhbərlik edir. O, boşanma prosesindən sonra 34,5 milyard dollar varidata sahib olub.

İkinci yerdə kanadalı iş adamı Entoni fon Mendl qərarlaşıb. O, "Mark Anthony Brands" içki məmulatları şirkətini təsis etməklə 3,5 milyard dollar qazanıb.

Üçüncü yerdə amerikalı investor Herbert Verthaum yer tutub. O, 1970-ci ildə təsis etdiyi "Brain Power" rəngli linza şirkətindən əldə etdiyi gəliri birjaya yatırmaqla 2019-cu ildə 3,1 milyard dollar qazanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31