Rusiyalı aktyor “ən məşhur məktəbli”nin atası çıxdı - VİDEO
Rusiyalı aktyor “ən məşhur məktəbli”nin atası çıxdı - VİDEO
17 Dekabr 2019 16:37 DünyaRusiyalı şoumen və hazırda "Brat-3" filmində çəkilən Stas Baretski sensasion açıqlama verib.
Aktyor izləyicilərinə videomüraciət edərək "Time" jurnalının versiyasına görə 2019-cu ilin adamı seçilən, isveçli məşhur ekofəal Qreta Tunberqin onun qızı olduğunu bildirib.
Baretski, həmçinin Tunberqin İsveçə necə gedib çıxdığını da izah edib:
"Dostlar, bir xəbəri sizinlə paylaşmaq istəyirəm. İsveçli fəal, məktəbli Qreta Tunberq mənim qızımdır. 90-cı illərin sonlarında mən Piterdə hotellərdə işləyən bir qızla dostluq edirdim. Yəqin başa düşdünüz işinin nə olduğunu. O mənim olduqca xoşuma gəlirdi. Həmin vaxt çalışdığı iş də vecimə deyildi. Bir müddət sonra o özünə başqa kişi tapıb İsveçə qaçdı. Onun orada qızı olub və o, uşağı qəyyumlara verib. Həmin qəyyumlar isə uşağa öz soyadlarını veriblər. Həmin qadın mənə daim bu barədə xəbər verirdi, mən isə onun axmaq olduğunu qışqırırdım. Beləliklə də əlaqə bitdi. Bu yaxınlarda o zəng edib dedi ki, Qreta mənim qızımdır. Mən heç şübhə də eləmirəm, çünki o mənə oxşayır. Elə anası ilə də çox oxşayırlar", - deyə Baretski bildirib.
Xatırladaq ki, Q.Tunberq 2018-ci ilin avqust ayında iqlim dəyişiklikliyi ilə mübarizəyə diqqət çəkmək üçün tətil başladıb və İsveç parlamentinin önündə oturaraq dinc aksiya keçirib. Bu aksiya qısa müddətdə qlobal hərəkata çevrilib.
AzNews.az