Milyarderin yaxtası Karib adalarında liman körpüsünə dəydi

Milyarderin yaxtası Karib adalarında liman körpüsünə dəydi

Pakistanlı biznesmen Əlşair Fiyyaza məxsus olan və əvvəllər rusiyalı oliqarx Roman Abramoviçin sifarişi ilə tikilən "Ecstasea" adlı yaxta Karib adalarında liman körpüsü ilə toqquşub.

Yaxta Sen-Marten adasında liman körpüsünün gözətçi budkasını uçurub. İnsident dekabrın 15-də baş verib. Gözətçi budkadan son anda tullanıb və xilas olub. Budka uçsa da limanın idarəetmə sistemi zərər çəkməyib, yaxta özü azacıq zədələnib. Şahidlər həmin anları videoya çəkiblər.

Virtualaz.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31