Ölkə şokda: Kütləvi məzarlıq tapıldı, aralarında uşaqlar da var
Ölkə şokda: Kütləvi məzarlıq tapıldı, aralarında uşaqlar da var
17 Dekabr 2019 14:51 DünyaKolumbiyanın Dabeyba qəsəbəsində kütləvi insan məzarlığı aşkar olunub.
Kolumbiya hökuməti ilə FARC partizanları arasında baş verən savaşa aid olduğu deyilən məzarlıqda ən az 50 nəfərin cəsədi tapılıb.
1964-2016-cı illər arasında baş verən vətəndaş müharibəsinə aid olduğu bildirilən məzarlıqda əlil insanlarla yanaşı, 15 yaşına qədər uşaqların da cəsədləri təsbit edilib.
Səlahiyyətlilər məzarlıqda aşkar olunanların Kolumbiya hərbçiləri tərəfindən öldürüldüyü və Las Mersedes məzarlığında dəfn olunduğunu açıqlayıb.
Qiyamçı FARC partizanları ilə Kolumbiya hökuməti arasında atəşkəs sazişi 2016-cı ildə imzalanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31