"Formula-1"in keçmiş prezidentinin qızından 67 milyon dollar oğurlanıb - FOTO
"Formula-1"in keçmiş prezidentinin qızından 67 milyon dollar oğurlanıb - FOTO
17 Dekabr 2019 13:54 Dünya"Formula-1" dünya avtomobil yarışları çempionatının keçmiş rəhbəri, milyarder Berni Ekklstounun qızı polisə şikayət edib.
Bu barədə "The Guardian" qəzeti yazıb.
Nəşrin yazdığına əsasən, 35 yaşlı Tamara Ekklstoun Londonun Peles-Qrin küçəsindəki evindən qarət olunub.
Şikayətçinin dediyinə görə, oğrular 13 dekabrda malikanədə heç kim olmayan zamanı oraya daxil olublar və 50 milyon funt sterlinq (67 milyon dollar) dəyərində zinət əşyaları götürüblər.
Hüquq-mühafizə orqanları cinayət hadisəsini araşdırır. Cinayət törədənlərin şəxsiyyəti hələ müəyyən edilməyib.
BAKU.WS








Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31