Meyitə təcavüz edən həkim işdən qovuldu

MEYİTƏ TƏCAVÜZ EDƏN HƏKİM İŞDƏN QOVULDU

Braziliyada məhkəmə-tibbi eksperti ölmüş qadına qarşı cinsi təcavüz edib.

Hadisə Amazonas əyalətinin Manuas şəhərində, "Instituto Medico Legal" adlı tibb mərkəzində baş verib.

Sərxoş vəziyyətdə meyit üzərində ekspertiza aparan 52 yaşlı həkim Vanderley dos Santos Silva ona qarşı cinsi təcavüz edən zaman dəlil yığmağa gələn polis bunu görüb və hadisə barədə şöbəyə xəbər verib.

Hadisə ilə bağlı işdən qovulan həkimin günahı sübut olunarsa, iki ildən üç ilə qədər azadlıqdan məhrum oluna bilər.

Qeyd edək ki, Braziliyada 2003-cü ilə qədər "nekrofil" adlanan meyitə qarşı cinsi istismar cinayət hesab olunmayıb.

xeber.im

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31