Qəsrdə bir həftə yaşamağa razı olan işçi axtarılır

QƏSRDƏ BİR HƏFTƏ YAŞAMAĞA RAZI OLAN İŞÇİ AXTARILIR

Qəhvə şirkəti Şotlandiyanın "Carlowrie Castle" qəsrində bir həftə yaşamağa razı olan işçi axtarır.

"İnsider" agentliyi məlumat verir ki, müsabiqə hamı üçün açıqdır.

Beş min dollar maaşdan əlavə, uğurlu namizədə şəxsi xidmətçi də ayrılacaq.

Qəsrin sakini gün ərzində beş dəfə qida ilə təmin olunacaq. Vakansiyada aşpaz dərsləri, SPA prosedurları və qeyri-məhdud miqdarda enerji içkiləri təklif olunur.

Müsabiqənin qalibi özü ilə bərabər bir şəxsi də qəsrə apara bilər.

xeber.im

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31