Fotoqraf terrorçuların düşərgəsindən qaçdı - İki illik əsarətin sonu

Fotoqraf terrorçuların düşərgəsindən qaçdı - İki illik əsarətin sonu

2017-ci ildə Suriyanın İdlib bölgəsində terrorçular tərəfindən əsir götürülən cənubi afrikalı fotoqraf Şiraz Məhəmməd cihadçıların əlindən xilas ola bilib.

İki ildən çoxdur əsirlikdə olan fotoqrafın saxlanıldığı düşərgədən qaçdığı açıqlanıb.

Olayın detalları məlum olmasa da, terrorçulardan qurtulan Şiraz Məhəmmədin Türkiyə kəşfiyyatına təslim olduğu bildirilib.

Cənubi Afrika Respublikası (CAR) rəsmilərinin fotoqrafı ölkəyə gətirmək üçün Türkiyə kəşfiyyatı ilə danışıqlara başladığı deyilib.

Şiraz Məhəmməd 2017-ci ildə "Gift of Givers" adlı jurnalist qrupu ilə Suriyaya gəlmiş, Türkiyə sərhədləri yaxınlığındakı Darquş qəsəbəsində əsir götürülmüşdü.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31