Pərviz Müşərrəf edam olunacaq

Pərviz Müşərrəf edam olunacaq

Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf haqqında edam cəzası verilib.

O, vətənə xəyanətdə ittiham edilir.

Qeyd edək ki, 20 iyun 2001 - 18 avqust 2008-ci il tarixləri aralığında Pakistan prezidenti olub. O, postundan getdikdən sonra Londonda yaşamağa başlayıb.

2013-cü ilin martında ölkəyə qayıtdıqdan sonra həbs edilib. P.Müşərrəfin keçmiş baş nazir Bənazir Bhuttonun öldürüldüyü terror aktında səhlənkarlığa yol verməkdə ittiham edilərək haqqında həbs hökmü çıxarılıb.

BAKU.WS

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31