Moskvada qalmaqal - 8 İsrail iş adamı həbs edildi və...
Moskvada qalmaqal - 8 İsrail iş adamı həbs edildi və...
17 Dekabr 2019 11:51 DünyaRusiya paytaxtında səkkiz yəhudi biznesmen saxlanılıb.
Olaylar.az xəbər verir ki, bu haqda dekabrın 16-da axşam saatlarında İsrailin "Mako" saytı məlumat yayıb. Xəbərdə iki gün öncə Moskva hava limanında rus tərəfdaşları ilə işgüzar danışıqlara gəlmiş səkkiz israilli iş adamının həbs olunduğu bildirilir. Nəşrin yazdığına görə, pasport-nəzarət məntəqəsində israillilərdən səfərlərinin məqsədi barədə soruşulduqda onlar biznes məsələləri ilə bağlı gəldiklərini söyləyiblər. Cavabında onlara Rusiyada işləmək üçün icazə tələb olunduğu bildirilib. Yəhudilər hava limanının binasında kiçik bir gözləmə otağına aparılıb. Orada bütün gecəni keçirdikdən sonra iş admaları səhər saatlarında ilk reyslə Təl-Əvivə geri göndəriliblər.
İsrail iş adamları iddia edirlər ki, bu, onların Moskvaya ilk səfərləri deyil və əvvəllər heç vaxt onlardan iş icazəsi tələb etməyiblər.
"Mako" yazır ki, Təl-Əvivdən gələrək Moskvadakı danışıqlara qatılmalı olan daha bir neçə yəhudi iş adamı sonradan biletlərini geri qaytarıb.
moderator.az