Əfqanıstanda növbəti partlayış: Ölənlər var

Əfqanıstanın şərqindəki Host əyalətində yol kənarında minanın partlaması nəticəsində ən azı 10 mülki şəxs həlak olub.

Partlayış bu gün səhər baş verib. 

Ölənlər arasında üç uşaq və iki qadın var. Partlayış insanların cənazə mərasiminə getdiyi zaman törədilib. 

Ölkənin Daxili işlər nazirliyinin nümayəndəsi Nasrat Rahimi hadisədə "Taliban" radikal qruplaşmasını günahlandırıb. 


Azvision.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31