Türkiyəyə sanksiya planının arxasındakı güc... – Sensasion iddia

Türkiyəyə sanksiya planının arxasındakı güc... – Sensasion iddia

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ABŞ-da lobbi fəaliyyətini həyata keçirən bir təşkilatın Türkiyəyə qarşı sanksiya məsələsində bəzi amerikalı senatorlarla əməkdaşlıq etdiyi ortaya çıxıb.

"Akin Gump" adlı lobbi təşkilatının sanksiyalarla bağlı amerikalı senatorlarla yazışması ələ keçib.

Yazışmanın detalları açıqlanmasa da, sözügedən şirkətdən noyabrın 7-də BƏƏ-nin Amerikadakı səfirliyi adına senatorlara məktub göndərildiyi bildirilib.

Məktubda BƏƏ-nin Suriyada keçirdiyi hərbi əməliyyatlara görə Türkiyəni kəskin şəkildə tənqid etdiyi iddia olunub: "BƏƏ ABŞ Nümayəndələr Palatasının Türkiyəyə qarşı sanksiya layihələrini dəstəkləyir".

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31