İngiltərə seçkiləri bitdi: Tramp və Conson hədəfləri açıqladı
İngiltərə seçkiləri bitdi: Tramp və Conson hədəfləri açıqladı
17 Dekabr 2019 10:37 DünyaABŞ Prezidenti Donald Tramp İngiltərə Baş naziri Boris Consonu parlament seçkilərində qələbə qazandığına görə təbrik edib.
Seçkilərdən sonrakı telefon söhbətində iki liderin azad ticarət anlaşması üçün müzakirələrə başlamaq barədə razılaşma əldə etdiyi açıqlanıb.
Anlaşmaya görə, gələn ay Ağ Evin iqtisadi məsələlər üzrə müşaviri Larri Kadlou və ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin köməkçisi Mett Pottinger Londona gedərək, sözügedən planla bağlı müzakirələrə başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31