Rusiyada sabiq baş nazir oğurladığı hər milyard üçün bir il azadlıqdan məhrum oldu
RUSİYADA SABİQ NAZİR OĞURLADIĞI HƏR MİLYARD ÜÇÜN BİR İL AZADLIQDAN MƏHRUM OLDU
16 Dekabr 2019 18:41 DünyaRusiyanın paytaxtı Moskvada Basman məhkəməsi sabiq Maliyyə naziri Aleksey Kuznetsovu ümumi rejimli həbsxanada 14 il müddətinə azadlıqdan məhrum edib. Sabiq məmur 14 milyard rubl (333200000 AZN) mənimsəməkdə təqsirli bilinib.
Bununla bağlı Life.ru məlumat yayıb.
Müstəntiqlərin dediyinə görə, 2005-2008-ci illərdə o, digər məmurlarla birlikdə bələdiyyə əmlakını talan edib. Beləliklə, Kuznetsov oğurlanan hər milyard üçün bir il həbs cəzası alıb.
Sabiq Maliyyə naziri uzun müddət təqsirini etiraf etməyib, lakin sonda elədiklərini boynuna alıb.
Qeyd edək ki, Kuznetsovun özü uzun illər ölkədən xaricdə gizlənib, ancaq bir il əvvəl Fransa onu Rusiya hökumətinə təhvil verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31