Liviyanın daxili işlər naziri sui-qəsdə məruz qalıb

Liviyanın daxili işlər naziri sui-qəsdə məruz qalıb

Mərkəzi qərargahları paytaxt Tripolidə yerləşən "Milli Razılıq Hökuməti"nin daxili işlər naziri Fəthi Başağa sui-qəsdə məruz qalıb...

Bu barədə Liviyanın şərqini nəzarətdə saxlayan Xəlif Haftarın Ordusu mənbələri məlumat veriblər.

General Xəlifə Haftarın başçılıq etdiyi "Liviya Milli Ordusu"nun (Benqazi şəhəri) mətbuat xidməti elan edib ki, paytaxt Tripolidə "Milli Razılıq Hökuməti"nin daxili işlər naziri Fəthi Başağanı aparan maşın karvanı avtomatlar və pulemyotlarla hücuma məruz qalıb. İddia edilib ki, daxili işlər naziri yaralanıb.

Lakin paytaxtı nəzarətdə saxlayan "Milli Razılıq Hökuməti" mənbələri bu iddiaya münasibət bildirməyiblər.

INTERAZTV.COM

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31