“Google”dan radikal qərar - Türkiyədə işləməyəcək

“Google”dan radikal qərar - Türkiyədə işləməyəcək

Türkiyə Rəqabət Qurumu haqsız rəqabətə yol açdığı səbəbi ilə ABŞ-ın "Google" şirkətini 93 milyon lirə (təxminən 27 milyon manat) cərimələmişdi.

Şirkət verilən cəzanın düzəldilməyəcəyi təqdirdə Türkiyədəki firmalar "Google" məhsulları üçün lisenziya verilməyəcəyini açıqlayıb.

Bu o deməkdir ki, "Google" şirkətinin məhsulları, Google Search, Google Play, YouTube, Gmail, o cümlədən "Android" əməliyyat sistemi Türkiyədəki texnikalarda işləməyəcək.

Qərar 12 dekabrdan sonra istehsal ediləcək bütün smartfonlara tətbiq ediləcək. Lakin, hazırda işləyən smartfonlarda isə əvvəlki qaydada işləyəcək.

Qeyd edək ki, Türkiyədə 1 ildə satılan 10 milyondan çox elefonun 89 faizi "Android" əməliyyat sistemi ilə çalışır.

Xatırladaq ki, buna bənzər qərarı ABŞ Çinin "Huawei" şirkətinə qarşı almışdı.

BAKU.WS 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31