“Sarmat” raketi Rusiya raket bölmələrinin yeni nəsil hipersəs raketi ola bilər

“Sarmat” raketi Rusiya raket bölmələrinin yeni nəsil hipersəs raketi ola bilər

Bu barədə Rusiya Strateji Raket Qüvvələrinin komandanı general-polkovnik Sergey Karakayev məlumat verib.

Onun sözlərinə görə, raket bir çox xüsusiyyətlərinə görə əvvəlkilərdən çox fərqlənir.

"Məsələn, mövcud döyüş növlərinə əlavə olaraq "Sarmat"a çox sayda perspektivli, o cümlədən yeni nəsil hipersəs döyüş başlıqları quraşdırmaq mümkündür", - deyə rusiyalı komandan bildirib.

RS-28 "Sarmat" ağır termonüvə qitələrarası ballistik raketi Rusiya Prezidenti Vladimir Putinin 2018-ci ildə təqdim etdiyi Rusiyanın strateji arsenalındakı yeni silahlardan biridir.

Ordu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31