“Doğru deyildi” - Erməni patriarxdan şok “soyqırım” açıqlaması

“Doğru deyildi” - Erməni patriarxdan şok “soyqırım” açıqlaması

"100 il əvvəl bu torpaqlarda baş vermiş faciənin digər ölkələrin parlamentlərində strateji, iqtisadi və siyasi təzyiq vasitəsi kimi istifadə edilməsindən kədərlənirik".

Olaylar.az  xəbər verir ki, bunu İstanbuldakı erməni kilsəsinin patriarxı Sahak Maşalyan deyib.

O, hesab edir ki erməni məsələsini Türkiyəyə qarşı siyasi vasitə kimi istifadə etmək o qədər də düzgün deyil: "Məsələ ilə əlaqədar ayrı-ayrı qanun layihələri fərqli parlamentlərdə keçib. Ancaq bunların içərisində bizə xas olan bir şey yoxdur, bunun qarşısını almaq üçün müdaxilə etməli idik".

Maşalyan Ermənistan və Türkiyə arasında münasibətlərinin qurulmasını istədiyini söyləyib:

"Bunun üçün danışıqlar aparmaq lazımdır. Düşünürəm ki, erməni məsələsindən Türkiyəyə qarşı siyasi vasitə kimi istifadə etmək o qədər də düzgün deyil".

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31