Hindistanda etirazlara görə internet kəsilib

Hindistanda etirazlara görə internet kəsilib

Hindistan hökuməti vətəndaşlıq haqqında qanunun yeni variantı ilə əlaqədar ölkədə başlayan iğtişaşlar səbəbindən internetə girişi məhdudlaşdırıb.

Əsasən ölkənin şimal və şimal-şərqindəki bir sıra bölgələrdə, o cümlədən Uttar Pradeş, Qərbi Benqal, Assam əyalətlərində, həmçinin paytaxt Dehli ətrafında internet kəsilib. 

Dünən başlayan iğtişaşlarda hüquq-mühafizə orqanlarının əməkdaşları da daxil olmaqla 60-a yaxın insan xəsarət alıb.

Qeyd edək ki, ötən həftənin sonlarında vətəndaşlıq barədə qanuna edilən düzəlişlərə əsasən, yaşadığı ölkələrdə təqiblərə məruz qalan Cənubi Asiya ölkələrinin qeyri-müsəlman vətəndaşları asan yolla Hindistan vətəndaşlığı ala bilər. Bu, düzəlişlərin dini zəmində insanların hüququnu pozduğunu düşünən hindistanlı müsəlmanların etirazına səbəb olub. Ölkədə iğtişaşların qarşısını almaq üçün bir neçə universitet bağlanıb. 

azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31