Ölkəni qorxu bürüdü: 35-dən çox qız yoxa çıxdı

Ölkəni qorxu bürüdü: 35-dən çox qız yoxa çıxdı

Yəmənin paytaxtı Səna şəhərində 35-dən çox gənc qız qaçırılıb.

Olaylar.az  xəbər verir ki, bu barədə Yəmən İnsan Hüquqları Təşkilatı bəyanat yayıb.

Bəyanatda qızların məktəb və küçələrdən qaçırıldığı qeyd edilib:

"Təhlükəsizlik səbəbi ilə hadisə şahidlərinin adlarını açıqlamırıq. Amma bizə məlumdur ki, son vaxtlar Sənadakı məktəb və küçələrdən 35-dən çox qız qaçırılıb. Onların harada olması haqda məlumat yoxdur".

Bu məlumat ölkədə böyük narahatlıqla qarşılanıb. Təşkilat beynəlxalq aləmi məsələ ilə bağlı tədbir görməyə çağırıb.

Axar.az

Eston nazir 34 yaşlı qadın baş naziri təhqir etdi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31