ABŞ Çin diplomatlarını ölkədən qovdu

ABŞ Çin diplomatlarını ölkədən qovdu

ABŞ bu ilin sentyabrında Virciniya ştatında qeyri-qanuni olaraq hərbi bazaya daxil olmaq istəyən iki çinli diplomatı ölkədən qovub.

Olaylar.az  xəbər verir ki, bu barədə "Nyu York Tayms" qəzeti məlumat yayıb.

Nəşrin bildirdiyinə görə, onlardan biri Çin kəşfiyyat xidmətinə işləməkdə təqsirləndirilir.

Qeyd edək ki, hər iki diplomat bazaya həyat yoldaşları ilə gəliblər, lakin onların bazaya giriş üçün icazələrinin olmadığı məlum olub.

Vaşinqton hesab edir ki, "casus"lar bazada təhlükəsizlik sisteminin necə işlədiyini öyrənmək istəyib. Çinli diplomatlar isə baş verənlərin bir anlaşılmazlıq olduğu bildiriblər.

axar.az

Berlin iki rus diplomatı qovdu, AB dəstəklədi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31