Sibir dağları üzərində qeyri-adi buludlar - FOTO
Sibir dağları üzərində qeyri-adi buludlar - FOTO
16 Dekabr 2019 12:13 DünyaRusiyalı fotoqraf Svetlana Kazina Sibir dağları üzərində qeyri-adi buludları lentə alıb.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, onun çəkdiyi fotoları "National Geographic Rusiya" Feysbuk hesabında paylaşıb.
Şəkillərdə qarla örtülmüş dağların üzərində göy qurşağını xatırladan qeyri-adi formalı buludlar görünür.
S.Kazinanın sözlərinə görə, külək həmin ərazidə o qədər güclü idi ki, lentə alınan buludların görüntüsü hər saniyə dəyişirdi.
Müəllifin fotoları minlərlə bəyənmə sayəsində qısa vaxt ərzində populyarlıq qazanıb. Sosial şəbəkə istifadəçiləri gördüklərindən heyrətə gəldiklərini bildiriblər.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31