Nyu-Dehlidə etiraz aksiyaları zamanı 50-dən artıq insan xəsarət alıb

Nyu-Dehlidə etiraz aksiyaları zamanı 50-dən artıq insan xəsarət alıb

Hindistanın Nyu-Dehli şəhərində polislər və etirazçı tələbələr arasında toqquşmalar baş verib.

Toqquşmalar nəticəsində polis əməkdaşları da daxil olmaqla 50-dən artıq insan xəsarət alıb.

Bildirilir ki, əsas toqquşmalar vətəndaşlıq haqqında qanunun yeni versiyasına qarşı əsasən etiraz aksiyasını başladan müsəlman tələbələrin oxuduğu Camiyə Milliyə İslamiyə Universiteti ətrafında olub.

Etirazçılar tərəfindən azı 10 avtomobiə və bir çox motosikletə ziyan vurulub, şəhərdə bir neçə avtobus yandırılıb.

"NDTV" öz növbəsində qeyd edir ki, polis əməkdaşları eitrazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Tələbə kampusunda 100-ə yaxın tələbə saxlanılıb, amma onların əksəriyyəti bir müddət sonra sərbəst buraxılıb.

trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31