Türkiyədə DƏHŞƏTLİ ZƏLZƏLƏ XƏBƏRDARLIĞI: Hər an...
Türkiyədə DƏHŞƏTLİ ZƏLZƏLƏ XƏBƏRDARLIĞI: Hər an...
16 Dekabr 2019 11:34 DünyaBalıkəsirdə dağıdıcı zəlzələnin başvermə ehtimalı İstanbuldakından daha yüksəkdir.
Bu sözləri TMMOB Geologiya Mühəndisləri komissiyasının nümayəndəsi Aysun Ayxan deyib.
"Bu yaxınlarda 5 və 4,6 bal gücündə baş verən zəlzələlər Gelenbe qırılma zonası və Simav qırılma zonasının kəsişmə nöqtəsinə yaxın bir yerdə oldu. Daha sonra 0,8 və 3,5 böyüklüyündə 90-a yaxın təkan meydana gəldi. Balıkəsirin il və ilçələri dünyanın ən aktiv seysmik zonalarından sayılan Şimali Anadolu qırılma zonasının cənub qolunun üzərində yerləşir", - deyə Ayxan bildirib.
Ekspert əlavə edib ki, Balıkəsirdə 7,2 bala qədər zəlzələnin olması istisna edilmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31