Qazaxıstan təkzib etdi: Şəhərin adı dəyişdirilmir
Qazaxıstan təkzib etdi: Şəhərin adı dəyişdirilmir
16 Dekabr 2019 11:26 DünyaQazaxıstan Prezidenti Qasım Jomart Tokayev Almatı şəhərinin adının dəyişdirilməsini dəstəkləmir.
Bu sözləri öz Teleqram kanalında Tokayevin müşaviri Yerlan Karin paylaşıb.
"Oljas Süleymenov cənub paytaxtının adının dəyişdirilməsi ideyasının çoxdankı tərəfdarıdır. Lakin onun prezidentlə görüşü zamanı bu ideyanı xatırlatması o demək deyil ki, dövlət başçısı da onu dəstəkləyir. Prezident hesab edir ki, Almatının inkişafında daha aktual hədəflərə konsentrasiya olmaq lazımdır. Prezident hesab edir ki, bu cür vacib məsələlər kuluarda, kabinetlərdə yox, vətəndaşların, şəhər əhalisinin böyük əksəriyyətinin mövqeyi əsasında həll edilməlidir", - deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Oljas Süleymenov mətbuata açıqlamasında Prezident Tokayevlə Almatı şəhərinin adının Alma-Ataya qaytarılması barədə müzakirə apardığını və Tokayevin bu ideyanı dəstəklədiyini bildirib.
1993-cü ilə qədər bu şəhər Alma-Ata adlanıb.