Nüsrət "əsər"ini 1 milyard 250 milyon dollara satışa çıxardı
Nüsrət "əsər"ini 1 milyard 250 milyon dollara satışa çıxardı
13 Dekabr 2019 17:32 DünyaMəşhur türkiyəli aşpaz Nüsrət Gökçə növbəti dəfə sosial şəbəkədə gündəmə gəlib.
Aşpaz italyan rəssam Mauritsio Kattelanın "Komediant" adlı əsərinin (yapışqan lentlə divara yapışdırılmış banan) 120 min dollara satılmasından sonra oxşar addım atıb.
Nüsrət Gökçə bu dəfə yapışqan lentlə divara ət yapışdıraraq, "əsər"inə 1 milyard 250 milyon dollar qiymət təyin edib. Şəkli sosial şəbəkə hesabında paylaşan Gökçə "sadəcə 1 milyard 250 milyon dollar", - fikrini yazıb.
xeber.im
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31