Bu ölkədə ilk dəfə olaraq kəşfiyyat xidmətinə qadın rəhbərlik edəcək

Bu ölkədə ilk dəfə olaraq kəşfiyyat xidmətinə qadın rəhbərlik edəcək

Avstraliya hökuməti ilk dəfə olaraq kəşfiyyat xidmətinin rəhbəri vəzifəsinə qadın təyin edib.

Bu barədə ABC yazır.

Radiotexniki Müdafiə (ASD) İdarəsinə Reyçel Noubl rəhbərlik edəcək. O, yeni təyinata qədər Kibertəhlükəsizlik Mərkəzinə (ACSC ) başçılıq edirdi.

Qeyd edək ki, ASD xarici dövlətlərin elektron mesajlarının ələ keçirilməsi ilə məşğul olur.

Baş nazir Skott Morrison və müdafiə naziri Linda Reynolds bildiriblər ki, Noublın təyinatı qadınlar üçün milli təhlükəsizlik sahəsində yeni imkanlar açıb.

Reyçel Noubl öz yeni vəzifəsinin icrasına 2020-ci ilin fevralından başlayacaq.

AzNews.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31