Rusiyada terror aktları törətməyə hazırlaşan İŞİD-çilər həbs edilib
Rusiyada terror aktları törətməyə hazırlaşan İŞİD-çilər həbs edilib
13 Dekabr 2019 17:10 DünyaRusiyada terror aktları törətməyə hazırlaşan 5 İŞİD döyüşçüsü həbs edilib.
Terrorçulardan iki nəfəri Rusiya, üç nəfəri isə Orta Asiya respublikalarının vətəndaşlarıdır.
Axtarış zamanı həbs edilən şəxslərin yaşadıqları evdən silah-sursat aşkarlanıb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam edir.
apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31