Zooparkda qorxulu anlar - Şir ona yemək verən adamı parçalamaq istədi - VİDEO
Zooparkda qorxulu anlar - Şir ona yemək verən adamı parçalamaq istədi - VİDEO
13 Dekabr 2019 16:14 DünyaPakistanda şir zoopark işçisinə hücum edib.
Olaylar.az ölkə.az-a istinadən bildirir ki, Pakistanın Cindy əyalətindəki zooparkında şir ona yemək verən adamın əlini dişləyib.
Kişi heyvanı yemləyərkən çiy ət parçasını qəfəsdən yırtıcıya atmağa çalışıb. Bu anda aslan onun əlindən tutaraq dişləyib. Bütün bunlar zooparka gələnlərin gözü qarşısında baş verib.
Xoşbəxtlikdən zooparkın işçisi şirin dişlərindən qurtula bilib. O, xəstəxanaya yerləşdirilib. Həkimlərin bildirdiklərinə görə, hazırda vəziyyəti qənaətbəxşdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31