ABŞ-ın skandal Türkiyə qərarı barədə – Paşinyandan ilk açıqlama
ABŞ-ın skandal Türkiyə qərarı barədə – Paşinyandan ilk açıqlama
13 Dekabr 2019 15:31 DünyaErmənistanın Baş naziri Nikol Paşinyan qondarma "erməni soyqırımı" qətnamə layihəsini qəbul edən ABŞ Senatının qərarına münasibət bildirib.
Olaylar.az xəbər verir ki, Senatın qərarına Paşinyan özünün Tvitter səhifəsindən reaksiya verərək senatorlara təşəkkür edib:
"ABŞ Senatının qərarı ədalət və həqiqətin zəfəridir. XX əsrdəki ilk "soyqırımı" qurbanı 1,5 milyon şəxsin xatirəsinə sayğı və baş verənlərin bir daha təkrarlanmaması üçün atılan cəsur addımdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31