Almaniyada partlayış: 1 ölü, 25 yaralı
Almaniyada partlayış: 1 ölü, 25 yaralı
13 Dekabr 2019 14:41 DünyaAlmaniyanın Blankenburq şəhərində yaşayış binasında baş verən partlayış nəticəsində bir nəfər ölüb, azı 25 nəfər yaralanıb.
Bu barədə RND media qrupu məlumat yayıb.
Partlayış Bakı vaxtı ilə saat 12:00 radələrində baş verib. Yaralanların sayının artacağı istisna olunmur.
Partlayışın hansı səbəbdən baş verdiyi barədə məlumat verilmir.
Hadisə yerinə 160 xilasedici cəlb edilib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31