“Bizim üçün qanuni qüvvəsi yoxdur” – Gül “erməni soyqırımı” haqda
“Bizim üçün qanuni qüvvəsi yoxdur” – Gül “erməni soyqırımı” haqda
13 Dekabr 2019 13:36 Dünya"ABŞ Senatının qondarma erməni soyqırımı ilə bağlı qəbul etdiyi qətnamənin Türkiyə üçün qanuni qüvvəsi yoxdur".
Bunu Türkiyənin keçmiş prezidenti Abdullah Gül deyib.
O, ABŞ Senatının bu qərarının Türkiyə üşün qəbuledilməz olduğunu bildirib.
ABŞ Senatı 1915-ci ildə Osmanlı İmperiyasında baş verən olayları "erməni soyqırımı" kimi qəbul edən qətnamə qəbul edib.
Layihənin qüvvəyə minməsi üçün ABŞ Prezidenti Donald Trampın təsdiqləməsi lazımdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31