Pakistanda universitetdə atışma: Bir tələbə öldü, 13-ü yaralandı

Pakistanda universitetdə atışma: Bir tələbə öldü, 13-ü yaralandı

Pakistanın paytaxtı İslamabadda Beynəlxalq İslam Universitetində tələbələr arasında silahlı atışma olub.

Nəticədə, bir tələbə ölüb, 13-ü isə yaralanıb.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, iki qrup tələbə arasında səhnədə çıxış etməklə bağlı münaqişə yaranıb.

Universitet rəhbərliyinin müdaxiləsindən sonra tələbələri ayırmaq mümkün olub. Daha sonra onlar silahlanıb gəliblər və aralarında atışma baş verib.

Polis hadisənin təfərrüatını araşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31