Ərdoğan bu ölkəni türkləşdirir – Sensasion iddia
Ərdoğan bu ölkəni türkləşdirir – Sensasion iddia
13 Dekabr 2019 11:45 DünyaTürkiyənin Suriyanın şimalında apardığı hərbi əməliyyatlar bu bölgənin türkləşməsinə səbəb olub.
Bunu Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri deyib.
Suriyalı diplomat Astanada (Qazaxıstan) Suriyanın şimalındakı türkləşmə prosesi barədə müzakirə aparıldığını bildirib:
"Bölgədə türk bayraqları asırlar, məktəblərə türkləri cəlb edirlər. Bu beynəlxalq hüquq normalarına ziddir".
Bəşər Cəfəri baş verənlərə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı ittiham edib:
"Bunu Türkiyə hakimiyyəti edir. Bu məsələ apardığımız danışıqlarda əsas müzakirə mövzularından biridir. Türkiyənin belə hərəkətlərinin təhlükəsizliyimizi təhdid etdiyini bildirdik".
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31