Klub prezidentinin qızını hamilə qoydu - ölkədən qovuldu
Klub prezidentinin qızını hamilə qoydu - ölkədən qovuldu
12 Dekabr 2019 17:49 DünyaSloveniya 2-ci Liqasında çıxış edən komandaların birində qəribə hadisə baş verib. Komandadakı nigeriyalı futbolçulardan biri klub prezidentinin qızı ilə cinsi münasibətdə olub.
Prezidentin qızı hamilə qaldığı üçün həmin futbolçu komandadan qovulub və ölkəsinə qayıtmaq məcburiyyətində qalıb.
Məsələnin ortaya çıxmasından 1 həftə sonra qovulan futbolçunun nizam-intizamı pozduğu səbəb göstərilib.
6 ay öncə Sloveniya klubuna transfer olunan futbolçu ölkəsinə getdiyi zaman mətbuata açıqlama verib. O açıqlamasında bu barədə FİFA-ya şikayət edəcəyini deyib.
"Klub məni bir toplantı üçün çağırdı.Bu yığıncaqda klub başçısının qızıyla olan əlaqəmi və onun hamilə olduğunu etiraf etdim. Mənə dedilər evdın çıxma, klubdan xbır gələnə qədər ortalıqda görünmə. Bir həftə sonra menecerim mənə müqavilənin intizamsızlıq üzündən pozulmasının səbəb göstərildiyini dedi. Ancaq başa düşdüm ki, müqaviləmə xitam verilməsinin əsas səbəbi sevgi münasibətimdir. Bir-birimizi sevirik və uşaq sahibi olmaq istəyirik. Nigeriyaya qayıtdıqdan sonra sevgilim və uşağımla bağlı xəbər ala bilmirəm. Klubdakı bir neçə dostum da qorxduqları üçün mənimlə danışmırlar".
Unikal.org