Həyat yoldaşının avtomobilini YANDIRDI: VİDEOsunu çəkib göndərdi - FOTO

Həyat yoldaşının avtomobilini YANDIRDI: VİDEOsunu çəkib göndərdi - FOTO

Türkiyənin Samsun şəhərində bir kişi həyat yoldaşı M.K-nın satmağına razı olmadığı avtomobilini qaçıraraq benzin töküb, yandırıb.

Qəzəbli H.K yanan maşının videosunu çəkərək WhatsApp-la həyat yoldaşına göndərib. Yanğınsöndürənlər maşını söndürüblər.

Avtomobilinin yandığı yerə gələn Hatun K. isə baş verənlərə ağlayaraq reaksiya verib. Ərinin 3 aydır onu döydüyünü iddia edən Hatun K "Maşınımı satmağımı istədi. Məni ölümlə təhdid etdi. Tutulub cəzalandırılmasını istəyirəm" deyib.

Hadisə yerindən qaçan şübhəli polis əməkdaşları tərəfindən yaxalanıb. 

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31