Qızıl mədənində torpaq sürüşməsi: 35 nəfər itkin düşdü
Qızıl mədənində torpaq sürüşməsi: 35 nəfər itkin düşdü
12 Dekabr 2019 17:38 DünyaƏfqanıstanda qızıl mədənində baş verən torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub, 35 nəfər itkin düşüb.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Bədəxşan əyalətində baş verib.
Məlumata görə, sürüşmə zamanı mədəndə dörd nəfər olub.
"Yerli sakinlər hazırda beş nəfərin cəsədini tapıb, digər 34 nəfərin taleyi məlum deyil", - əyalət qubernatorunun nümayəndəsi Nek Məhəmməd Nəzəri deyib.
Onun sözlərinə görə, sürüşmə baş verən ərazi "Taliban" nəzarətində yerləşir və buna görə də yerli hakimiyyət xilasetmə işləri apara bilmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31