Putin Lujkovla belə vidalaşdı - Fotolar

Putin Lujkovla belə vidalaşdı - Fotolar

Dekabrın 10-da dünyasını dəyişən Moskvanın sabiq meri Yuri Lujkovla vida mərasimi keçirilib.

Xilaskar Xristos məbədində keçirilən mərasimi Moskva və Bütün Rusiyanın patriarxı Kirill idarə edib.

18 il Moskvaya rəhbərlik etmiş Lujkovla vidalaşmağa Rusiya Prezidenti Vladimir Putin, Müdafiə naziri Sergey Şoyqu, Mosvanın hazırkı meri Sergey Sobyanin, Dövlət Dumasının spiekri Vyaçeslav Volodin daxil olmaqla bir çox rəsmi şəxs gedib.

O, Novodeviçi qəbiristanlığında, sovet yazıçısı və şairi Sergey Mixalkovun məzarının yanında  dəfn olunub.

Xatırladaq ki, Yuri Lujkov 83 yaşında Münhendəki xəstəxanada ürəyində aparılan əməliyyat nəticəsində dünyasını dəyişib. O, 1992-2010-cu illərdə Moskva şəhərinin meri olub.

qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31