Türk "Kirpi"ləri rus "Pələng"ləri ilə qarşı-qarşıya gəldi - FOTO
Türk "Kirpi"ləri rus "Pələng"ləri ilə qarşı-qarşıya gəldi - FOTO
12 Dekabr 2019 15:47 DünyaSuriyanın şimal-şərqində növbəti Rusiya-Türkiyə patrulu baş tutub.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
15-ci patrul xidməti çərçivəsində Rusiya hərbi polisləri və Türkiyə silahlı qüvvələri daha bir yoxlama həyata keçirib. Patrul, 1,5 saat davam edib və 30 km ərazini əhatə edib.
Ərazinin hava patrulu Rusiya Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilib.
Patrulun heyətinə 8 hərbi texnika - "Pələng" zirehli avtomobilləri, zirehli personal daşıyıcıları olan "BTR-80" və Türkiyənin "Kirpi" zirehli avtomobilləri, eyni zamanda iki ölkənin 50 hərbçisi daxil olub.
Monitorinqi Rusiyanın "Orlan-10" pilotsuz təyyarəsi də müşayiət edib.
Qeyd edək ki, Rusiya və Türkiyə 22 oktyabrda qarşılıqlı anlaşmaya dair 10 bənddən ibarət memorandum imzalayıb.
