ABŞ Rusiyanı “terror dövləti” adlandıra bilər
ABŞ Rusiyanı “terror dövləti” adlandıra bilər
12 Dekabr 2019 15:15 DünyaABŞ senatoru Kori Qardner Senata "Rus terrorizmi ilə əlaqəli zərərli fəaliyyətlərə xitam verilməsi haqqında" qanun layihəsi təqdim edib.
Qanun layihəsi ABŞ Senatı Beynəlxalq Münasibətlər Komitəsi tərəfindən dəstəklənərək, qəbul olunub. Qanun layihəsinə əsasən, ABŞ hökuməti Rusiyanın terrorizmin sponsoru olan dövlət kriteriyalarına cavab verib-vermədini müəyyən etməlidir.
Dövlət Departamentinin Konqresə cavabı 90 gün müddətində göndərməli olduğu bildirilib.
Komitədə çıxış edən senator Rusiyanın Donbas üzərində Malaziya təyyarəsinin vurulması və Britaniyada kimyəvi silah tətbiqinə görə məsuliyyət daşıdığını söyləyib. O, Rusiya prezidentinin əvvəlki kimi beynəlxalq stabilliyə ciddi zərər vurduğunu deyib:
"Rusiya öz davranışlarını köklü şəkildə dəyişməyənə qədər biz əvvəlki administrasiyanın səhvlərini təkrarlamamalıyıq. Bu ölkə ABŞ və müttəfiqləri üçün əvvəlki kimi ciddi təhdid kəsb edir".
axar.az