Elanda "ancaq almanlara" yazdığına görə cərimələndi
Elanda "ancaq almanlara" yazdığına görə cərimələndi
12 Dekabr 2019 14:40 DünyaAlmaniya məhkəməsi Auqsburq şəhərində yaşayan təqaüdçünü evini Afrikadan olan miqranta kirayə vermədiyinə görə 1000 avro cərimələyib.
"Deutsche Welle" dərgisi xəbər verir ki, şəxsi mənzilini yalnız almanlara kirayə vermək haqda elan yerləşdirən qoca, zəng edənlərin digər xalqların nümayəndəsi olduğunu bildikdə dəstəyi dərhal asıb.
Məhkəmə qərarına görə, ölkə qanunlarına əsasən, elanda "ancaq almanlar" ifadəsinə yer verilə bilməz. Hüquqları pozulan şəxs Burkina-Fasodan olan mühacirdir.
xeber.im
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31