Yataqxanada qalan 103 tələbə zəhərləndi, 5-i reanimasiyadadır
Yataqxanada qalan 103 tələbə zəhərləndi, 5-i reanimasiyadadır
12 Dekabr 2019 14:26 DünyaTürkiyənin Çorum vilayətinin Osmancık rayonundakı universitet yataqxanasında faciə baş verib.
Yataqxanadakı 103 tələbə dəm qazından zəhərlənib. Onlardan 5-i reanimasiyaya yerləşdirilib. 20 tələbə isə evə buraxılıb. Digər tələbələrin müalicəsi davam etdirilir.
Məlumata görə, yataqxanada ümumilikdə, 104 tələbə qalırmış.
Çorum valisi Mustafa Çiftçinin sözlərinə görə, hadisə gecə saatlarında yataqxanadakı qaz sobasının tüstü borusunun yerindən çıxması nəticəsində baş verib.
Faktla bağlı araşdırma aparılır.
yenisabah.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31