2011-ci ildə ölən qadın dünən basdırıldı - FOTO
2011-ci ildə ölən qadın dünən basdırıldı - FOTO
12 Dekabr 2019 14:10 DünyaUniversitetdə işləyən qadın ölümündən 8 il sonra dəfn edilib.
Xərçəng olduğunu öyrənən Ayşe Kızmaz adlı türkiyəli qadın öldükdən sonra xəstəxanada cəsədindən test məqsədli istifadə olunmasını vəsiyyət edib.
O, öldükdən sonra 8 il boyunca cəsədinin üzərində tibb fakultəsi tələbələrinə dərs öyrədilib. Ayşe Kızmazın cəsədi bir neçə gün əvvəl yaxınlarının iştirakı ilə torpağa tapşırılıb.
Qeyd edək ki, 1981-ci ildə Metin Aşçı adlı şəxslə ailə quran Ayşe Kızmaz 27 yaşında xərçəng xəstəliyinə yoluxduğunu öyrənib. 10 dəfədən çox əməliyyat olunan Ayşe Kızmaz 2011-ci ildə vəfat edib.
Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31