Danimarkada terrora hazırlaşan 20 nəfər tutuldu
Danimarkada terrora hazırlaşan 20 nəfər tutuldu
12 Dekabr 2019 10:57 DünyaDanimarka polisi irimiqyaslı antiterror əməliyyatı zamanı ölkədə terrora hazırlaşan 20 nəfəri saxlayıb.
Hüquq-mühafizə orqanları ölkə üzrə onlarla məkanda axtarış aparıb. Əməliyyatda müxtəlif şəhərlərdən bir neçə polis şöbəsi iştirak edib.
Saxlanılanlardan artıq bir neçəsinə qarşı ittiham irəli sürülüb və onlar tezliklə hakim məhkəmə çıxarılacaqlar. Saxlanılanlar terror aktı törətmək üçün odlu silah və partlayıcı vasitələr əldə etməyə cəhddə şübhəli bilinirlər.
Kopenhagen polisi tutulanların İŞİD üzvü ola biləcəyini istisna etmir.
virtualaz.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31