Bu ölkədə pensiya min avroya qaldırılır

Bu ölkədə pensiya min avroya qaldırılır

Fransanın Baş naziri Eduard Filipp 2022-ci ildən ölkədə minimum pensiyanın həcminin min avroya qaldırılacağını elan edib.

Hökumətin rəhbəri bu barədə pensiya islahatı haqqında qanunun müddəalarını şərh edərkən bildirib. Onun sözlərinə görə, islahatlar üç - universallıq, bərabərlik və məsuliyyətlilik - prinsipə əsaslanır. Bununla yanaşı, Baş nazir təsdiqləyib ki, ölkədə pensiya yaşı dəyişməyəcək və 62 yaş olaraq qalacaq. Yeni qanun 2022-ci il yanvarın 1-də qüvvəyə minəcək.

Xatırladaq ki, hazırda Fransada minimum pensiyanın miqdarı 636 avro təşkil edir.

Eduar Filippin televiziyadakı çıxışı pensiya islahatlarına qarşı dekabrın 5-dən başlayan miqyaslı etiraz aksiyaları fonunda səslənib. Aksiyalarda cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar iştirak edirlər.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31