İsveçrənin yeni prezidenti bəlli oldu – 1 illik...
İsveçrənin yeni prezidenti bəlli oldu – 1 illik...
11 Dekabr 2019 17:27 Dünyaİsveçrənin Ətraf mühit, nəqliyyat, energetika və rabitə naziri Simonetta Sommaruqa 2020-ci il üçün ölkə prezidenti seçilib.
Seçkilər parlamentin iki palatasının müştərək iclası zamanı baş tutub və parlamentin saytında canlı yayımlanıb.
Qeyd edək ki, İsveçrədə prezident və baş nazir vəzifələrini növbə ilə yeddi nazirdən ibarət Federal şura üzvləri tutur. İsveçrədə prezident dövlətə rəhbərlik etmir. O, hakimiyyətin iclasları zamanı sədrlik edir, səslərin eyni olması halında onun fikri həlledici olur, həmçinin İsveçrəyə səfər edən xarici dövlət rəhbərlərini qəbul edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31