Həbib Nurmaqomedov Məkkəni ziyarət edib – FOTO
Həbib Nurmaqomedov Məkkəni ziyarət edib – FOTO
11 Dekabr 2019 17:02 DünyaUFC-nin yüngül çəkidə mütləq çempionu Həbib Nurmaqomedov Ümra ziyarətinə gedib.
Bu barədə idmançı "İnstagram" səhifəsində paylaşım edib.
31 yaşlı idmançı Kəbə evinin şəklini paylaşıb və bu sözləri yazıb: "Hər şeyi verdiyi üçün Allaha həmd olsun".
Xatırladaq ki, Nurmaqomedov qaydasız döyüş növündə (MMA) 28 qələbə qazanıb ki, bunlardan səkkizi nokautla baş verib.
Rusiyalı idmançı UFC-də növbəti döyüşünü 18 aprel 2020-ci ildə amerikalı Toni Ferqüsona qarşı keçirəcək.


minval.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31